Toya gedən qonşusunun   evini qarət etdi
24 yanvar 2022 18:16 (UTC +04:00)

Toya gedən qonşusunun evini qarət etdi

Lənkəran rayonu, Osaküçə kənd sakini polisə müraciət edərək toy məclisində olduqları vaxt naməlum şəxsin yaşadıqları evdən 1 ədəd mobil telefon və 100 manat pul oğurladığını bildirib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Lənkəran rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq faktını törətməkdə şübhəli bilinən Osaküçə kənd sakini Zamin Nağıyev saxlanılıb.

Oğurladığı mobil telefon gizlətdiyi yerdən aşkarlanaraq götürülüb.

 

# 888
avatar

Mehman Nəbiyev

Oxşar yazılar