22 yaşlı lənkəranlı dənizdə boğulub
01 iyul 2013 21:27 (UTC +04:00)

22 yaşlı lənkəranlı dənizdə boğulub

0

Lənkəran sakini dənizdə boğulub. Bu barədə APA-nın cənub bürosuna Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından məlumat verilib. Məlumata görə, Lənkəran şəhərinin Üzeyir Hacıbəyov küçəsi, 25 ünvanında yaşayan 1991-ci il təvəllüdlü Cavid Qabil oğlu Hüseynovun cəsədi iyulun 1-də saat 19.25 radələrində Xəzər dənizinin sahilində - rayonun Kələdəhnə ərazisində aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

 

Hazırda C.Hüseynovun boğulması şəraiti ilə əlaqədar Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1243

Oxşar yazılar