5 nəfər suda batmaq təhlükəsi ilə üzləşib
28 iyun 2013 19:19 (UTC +04:00)

5 nəfər suda batmaq təhlükəsi ilə üzləşib

0

3 nəfər Mingəçevir su anbarında çimərkən batmaq təhlükəsi ilə üzləşib. Bu barədə  Lent.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verib. Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, hər üç şəxs dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

 

Bakı şəhəri, Sabunçu rayonunda (“Nardaran-1” sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 836

Oxşar yazılar