Ailəliklə pomidor turşusundan zəhərləndilər
27 noyabr 2014 10:58 (UTC +04:00)

Ailəliklə pomidor turşusundan zəhərləndilər

0

Ağcabədi rayonunda kütləvi zəhərlənmə olub. Lent.az-ın məlumatına görə, rayonun İmanqulubəyli kəndində yaşayan ailənin üzvləri pomidor turşusundan zəhərlənib. Gecə saatlarında rayon xəstəxanasına yerləşdirilən ailənin 5 üzvünə tibbi yardım göstərilib.

 

Bildirilir ki, zəhərlənən şəxslərin həyatına hər hansı təhlükə yoxdur. Onların vəziyyəti kafi qiymətləndirilir.

 

Qeyd edək ki, ailə başçısı ilə yanaşı, həyat yoldaşı və övladları da zəhərlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1233

Oxşar yazılar