Bu gün Bakı şəhərinin Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili reklam lövhəsinə çırpılaraq yanğınla nəticələnən yol-qəza hadisəsi törədib. Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 06:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.