Az yaşlı qız şampun içərək zəhərlənib
27 iyun 2013 20:47 (UTC +04:00)

Az yaşlı qız şampun içərək zəhərlənib

0

Gəncədə 3 yaşlı qız şampundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiirlib. Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 2010-cu il təvəllüdlü Nuray Məmmədova ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub. Həkimlər 3 yaşlı uşağı xilas edə biliblər. Onun səhhətinin normallaşdığı bildirilir. N.Məmmədovanın atası bildirib ki, qızı saç yumaq üçün istifadə edilən şampunu içməli şirə hesab edərək başına çəkib və zəhərlənib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1124

Oxşar yazılar