Azərbaycan klubları Avroliqaya iyulun 2-də başlayır
25 iyun 2013 13:20 (UTC +04:00)

Azərbaycan klubları Avroliqaya iyulun 2-də başlayır

0

Azərbaycanın “Qarabağ” və “Xəzər Lənkəran” klublarının Avropa Liqasının I təsnifat mərhələsində "Metalurq" (Makedoniya) və "Slima Uonderers" (Malta) komandaları ilə keçirəcəyi ilk oyunların tarixi dəyişdirilib. Lent.az-ın məlumatına görə, “Metalurq” - "Qarabağ" və “Slima Uonderers” - "Xəzər Lənkəran" oyunları iyulun 2-də baş tutacaq.

 

Dəyişikliklə bağlı UEFA-dan AFFA-ya göndərilmiş məktubda qeyd olunub ki, bu qərar UEFA Avropa Liqasının Əsasnaməsinin 12.08 - Oyunun tarixinin və vaxtının dəyişdirilməsi - maddəsinə əsasən qəbul olunub.

 

Qeyd edək ki, Azərbaycanın daha bir təmsilçisi “İnter”in Finladiyanın “Mariehamn” komandası ilə ilk oyununun yeri dəyişdirilib. Görüş iyulun 4-də Bakıda təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 723

Oxşar yazılar