Bakı-Xaçmaz yolunda dəhşətli qəza: ölən və yaralananlar var
08 fevral 2013 12:44 (UTC +04:00)

Bakı-Xaçmaz yolunda dəhşətli qəza: ölən və yaralananlar var

Fevralın 8-nə keçən gecə Bakı-Xaçmaz yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, yolun Şabran rayonunun Sincanboyad kəndi ərazisindən keçən hissəsində minik avtomobili “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə minin avtomobilində olan şəxslərdən biri hadisə yerində ölüb, daha 2 nəfər isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

 

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1846

Oxşar yazılar