Bakıda 17 yaşlı oğlan faciəvi şəkildə öldü
25 iyun 2013 09:32 (UTC +04:00)

Bakıda 17 yaşlı oğlan faciəvi şəkildə öldü

0

İyunun 24-də Bakıda dənizdə çimən oğlan faciəvi şəkildə ölüb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhər, Sabunçu rayonu ərazisində dənizin nəzarət olunmayan hissəsində 1996-cı il təvəllüdlü Fəqan Tehran oğlu Şirinov çimərkən batıb. 17 yaşlı oğlanın cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Əməliyyat saat 06:48-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2257

Oxşar yazılar