Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bakı-Ələt magistralının Qobustan qəsəbəsindən keçən hissəsində "Mercedes E Class" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəqliyyat vasitəsi magistraldakı metal maneələrə çırpılaraq dayanıb.
Yaxınlıqdan keçənlərin köməyi ilə avtomobildə qalmış sürücü xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.