Bakıda restoranda qanlı hadisə
12 iyul 2014 14:23 (UTC +04:00)

Bakıda restoranda qanlı hadisə

0

İyulun 9-da Bakı şəhərinin Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Binə qəsəbəsi M.Ə.Sabir küçəsində, "Bakı Gecələri" restoranının yaxınlığından həmin qəsəbə Atçılıq yaşayış sahəsində yaşayan 57 yaşlı Rüstəm Əliyev bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Bəxtiyar Əliyev tutulub.

 

Bildirilir ki, hadisə hər iki şəxs həmin restoranda yeyib-içdikdən sonra mübahisə zəminində baş verib.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2863

Oxşar yazılar