Bakıda təcili yardım maşınının sürücüsünü döydülər
01 iyul 2013 13:33 (UTC +04:00)

Bakıda təcili yardım maşınının sürücüsünü döydülər

0

Bakıda təcili yardım avtomobilinin sürücüsü döyülüb. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. Bakı Şəhər Təcili Təxirəsalınmaz yardım stansiyasının Sabunçu şöbəsinin təcili yardım avtomobilin sürücüsü,  1965-ci il təvəllüdlü Ənvər Seyid oğlu Əliyev çağırış üzrə getdiyi Havər Vəliyev küçəsində kirayə yaşayan 1980-ci il təvəllüdlü Amid adlı şəxs tərəfindən döyülüb.

 

Polisdən həmçinin bildiriblər ki, sürücünün döyülməsinə səbəb çağırış yerinə gec gəlməsi olub.  

 

Ə. Əliyev xəsarətlə 3 saylı şəhər Klinik xəstəxanasına yerləşdirilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 957

Oxşar yazılar