İyulun 14-də Bakı şəhərinin Nəsimi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, saat 16:30 radələrində, Azadlıq prospektində yerləşən “28 Mall” ticarət mərkəzində naməlum şəxs Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Konstantin Dutkinə bıçaqla xəsarət yetirib. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü İsmayıl Abbasov tutulub.
Hadisənin səbəbləri araşdırılır.