Həbs edilmiş meyxanaçı məhkəmə qarşısına çıxarılır
27 oktyabr 2014 16:57 (UTC +04:00)

Həbs edilmiş meyxanaçı məhkəmə qarşısına çıxarılır

Tanınmış meyxanaçı Bayram Kürdəxanlının cinayət işi məhkəməyə göndərilib. Bu barədə Lent.az-a Sabunçu rayon Məhkəməsindən məlumat verilib.

Məhkəmədən bildirib ki, oktyabrın 30-da Bayram Kürdəxanlının cinayət işi bağlı məhkəmə hazırlıq iclası keçirəcək.

 

Qeyd edək ki, Bayram Kürdəxanlı iyulun 12-də Sabunçu rayonu ərazisində saxlanılıb. Bakıxanov qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılan Bayram Kürdəxanlının üzərindən narkotik maddə aşkarlanıb. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə iş başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5268

Oxşar yazılar