Biçilmiş taxıl sahəsi yanıb, pambıq tarlası mühafizə olunub
02 iyul 2013 22:57 (UTC +04:00)

Biçilmiş taxıl sahəsi yanıb, pambıq tarlası mühafizə olunub

0

Füzuli rayonu, Arayatlı kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 6 ha biçilmiş taxıl sahəsi yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yaxınlıqdakı biçilməyən sahələr yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ağstafa rayonu, Dağ Kəsəmən kəndində (rayon mərkəzindən 10 km aralı) transformatordakı yağ və ətrafında yağa bulaşmış quru ot  40 kv.m sahədə yanıb.

Transformator yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yevlax rayonu, Nərimanabad kəndində (rayon mərkəzindən 5 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 7  ha  biçilmiş taxıl sahəsi yanıb.

Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaradağ rayonunda  vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaq və dəhlizdən ibarət evin  2 otağı, dəhlizin  yanar konstruksiyaları  50 kv.m sahədə yanışıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tərtər rayonu, Bəyimsarov kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ərazidə 6 ha biçilmiş taxıl sahəsi yanıb. Yanğından yaxınlıqdakı pambıq sahəsi mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 709

Oxşar yazılar