FHN 2 balıqçını xilas etdi
29 iyun 2013 16:16 (UTC +04:00)

FHN 2 balıqçını xilas etdi

0
Xəzər dənizinin Azərbaycan sahilində iki balıqçı batma təhlükəsi ilə üzləşib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Xaçmaz rayonunda (“Seyidli” sularda xilasetmə postundan təxminən 5 km məsafədə nəzarət olunmayan ərazidə) 2 nəfər balıqçı qayığın mühərrikinin xarab olması səbəbindən dənizdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Dərhal FHN-in dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub, vətəndaşları xilas edərək qayığı sahilə çıxarıblar. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 551

Oxşar yazılar