Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həmyerlisini bıçaqlayan Xaçmaz rayon sakini Əlipaşa Əlipaşayevin cinayət işi üzrə məhkəmə proses başa çatıb.
Lent.az-ın məlumatına görə, təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Əlipaşayev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il mayın 31-də Xaçmaz rayonunda baş verib. Əlipaşa Əlipaşayev münaqişə zənnində həmyerlisi Tural Novruzəliyevi bıçaqlayıb. Hadisə yerindən qaçan Ə. Əlipaşayevi polis əməkdaşları tərəfindən bir müddət sonra yaxalanıb.
Əlipaşa Əlipaşayev Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilib.