Hərbçi qətlə yetirildi
15 iyul 2013 10:43 (UTC +04:00)

Hərbçi qətlə yetirildi

0

Azərbaycanda hərbçi qətlə yetirilib. Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Sumqayıtın “Yaşıl Dərə” bağlar massivində qeydə alınıb.


 

Orada yaşayan, 1990-cı il təvəllüdlü Mehman Arif oğlu Abdullayev yeznəsi, 1981-ci il təvəllüdlü Şahin Natiq oğlu Əliyev tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.


Prokurorluqdan həmçinin bildirilib ki, mərhum hərbçi olub. O, Qazaxda yerləşən hərbi hissələrdən birinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu olub. M.Abdullayev bir neçə günlük məzuniyyətə gəlibmiş.


Hadisəni törədən Ş.Əliyev tutulub.


Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1712

Oxşar yazılar