Hüseyn Abdullayev külli-miqdarda vergini ödəməməkdə ittiham olunur
27 iyun 2013 11:52 (UTC +04:00)

Hüseyn Abdullayev külli-miqdarda vergini ödəməməkdə ittiham olunur

0

Barəsində axtarış elan olunan sabiq millət vəkili Hüseyn Abdullayevə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi qaldırılıb. Lent.az-ın xəbərinə görə, bu barədə “Vesti.az”a etibarlı mənbələrdən məlum olub.

 

Məlumata görə, 2013-cü il iyunun 7-də Azərbaycan Vergilər Nazirliyi yanındakı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti Bakı Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış “Araz İNC” MMM-yə qarşı araşdırmalara başlayıb. Təhqiqatın gedişində məlum olub ki, faktiki rəhbəri H.Abdullayev olan şirkət 1 milyon 436 min 888 manat 40 qəpik məbləğində vergini ödəməkdən yayınıb.

 

İyunun 25-də onun cinayət məsuliyyətinə cəlbi qərara alınıb və barəsində beynəlxalq axtarış elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1541

Oxşar yazılar