
Magistr olmaq istəyənlər üçün ayrılan vaxt başa çatır
Bakalavrlar mayın 17-dək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.
Lent.az-ın xəbərinə görə, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına 2018-ci il fevralın 25-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılmaları üçün proqram seçimində iştirak etməlidirlər. Bunun üçün bakalavrlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib 2018-ci il 17 may 23:59-dək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.
Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməyənlər 03 iyun 2018-ci ildə keçiriləcək imtahanın ikinci mərhələsinə buraxılmayacaqlar.
Qeyd edək ki, imtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə 50 test tapşırığı təqdim olunmaqla (müəyyən proqramları seçən bakalavrlar yazılı imtahan verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar isə qabiliyyət imtahanı verməlidirlər. Bax: Magistr jurnalının 3-cü sayı) yoxlanılacaq. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.
Oxşar yazılar

Hərbçimiz Kəlbəcərdə minaya düşdü - YENİLƏNİB
5 avqust 2025 , 23:48
Çoban qayadan yıxılıb xəstəxanalıq oldu
5 avqust 2025 , 20:35
Qorxu filmindəki kimi: Kişi ilk görüşdə 19 yaşlı tələbəni parçaladı
5 avqust 2025 , 19:33
Xocalıda yanğın davam edir - FOTOLENT
5 avqust 2025 , 19:11
Göydən düşən balıq yanğına səbəb oldu - Qəribə hadisənin TƏFƏRRÜATLARI
5 avqust 2025 , 18:55
13 yaşlı uşaq atasını başından vurdu: Səbəb inanılmazdır
5 avqust 2025 , 18:18
Qonşusunu yadplanetli sanıb güllələdi
5 avqust 2025 , 16:34