Nazir: «TAP yaxşı seçimdir»
28 iyun 2013 12:15 (UTC +04:00)

Nazir: «TAP yaxşı seçimdir»

0

TAP (Trans Adriatic Pipeline) layihəsi rentabellik, təhlükəsizlik, səmərəlilik və kommersiya aspektləri baxımından yaxşı seçimdir.


 

«Şahdəniz-2» layihəsinin icrası isə Azərbaycan, Gürcüstan və Türkiyə iqtisadiyyatının daha da inkişaf etməsinə və əlavə sərmayə qoyuluşlarına səbəb olacaq.

 

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib: «Regional və transmilli layihələr əməli sürətlə gerçəkləşir. «Şahdəniz-2» Azərbaycan, Gürcüstan və Türkiyə iqtisadiyyatının inkişafına və sərmayə qoyuluşlarına səbəb olacaq».

 

Nazir qeyd edib ki, Türkiyə hazırda Azərbaycandan ildə 6 mlrd. kubmetr həcmində qaz alır, sonradan isə bu rəqəm 12 mlrd. kubmetrə çatdırılacaq. Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin ötürmə qabiliyyəti 8 mlrd. kubmetrdən 14 mlrd. kubmetrə qədər artırılacaq. Gələcəkdə Azərbaycanın ümumi qaz ixracı potensialı 60 mlrd. kubmetrə çatacaq. Yaxın 10 ildə Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları əhəmiyyətli dərəcədə artacaq».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 586

Oxşar yazılar