Millət vəkili Qənirə Paşayeva Türkiyədə Şuşa ilə bağlı çağırış edib. Lent.az-ın məlumatına görə, Malatya Kitab Fuarına kitablarının tanıtımı və imzalanması üçün qonaq kimi dəvət edilən Qənirə Paşayeva yüzlərlə türkiyəli və xarici yazarın iştirak etdiyi Kitab Fuarı konfrans salonunda Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları, qədim Şuşa, qondarma erməni soyqırımı ilə bağlı geniş konfrans verib.Tədbirdə iştirak edənlər arasında türk dünyasının məşhur yazarı Çingiz Aytımatovun oğlu Əsgər Aytımatov da daxil olmaqla türk dünyasının bir çox ziyalıları da iştirak edib. Yüzlərlə insanın, KİV nümayəndələrinin və xaricilərin iştirak etdiyi konfransda millət vəkili geniş məruzə ilə çıxış edib. O, Şuşanın dünyada yaşayan bütün azərbaycanlıların, türklərin mədəniyyət evi olduğunu bildirdi və tədbir iştirakçılarının əksəriyyətinin Şuşada olmamasına baxmayaraq, Şuşanın hər birimiz üçün doğma şəhər olduğunu qeyd etdi: “Biz inanırıq ki, Şuşanın işğaldan azad olduğu gün çox tezliklə gələcək və biz oranı ziyarət edəcəyik“, –deyib. Çıxış edən millət vəkili Qənirə Paşayeva qeyd etdi ki, Şuşanın qədim tarixi var. Şuşa əsrlər boyu Azərbaycan və türk tarix və mədəniyyətinin beşiyi olub. Mədəniyyətə əvəzsiz töhfələr verən dahi şəxsiyyətlər orada yetişib. “Hər bir Türk insanı Şuşanı tək bu gün deyil, hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Hər birimiz Şuşanı doğma şəhər kimi sevməliyik, xatırlamalıyıq ki, Şuşamız işğal altındadır. Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və tarixi abidələri məhv edirlər və dünya buna göz yumur”. Şuşanın 23 ildir Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bunları söyləyib: “Şuşada yaşananlara bütün dünyanın gözü bağlıdır. Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatları Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı siyasi təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik”. Millət vəkili Qənirə Paşayeva çıxışında Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat da verib. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. “Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi, Şuşa acısı tək Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir” – Qənirə Paşayeva deyib. Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirmişdir. Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin bütün Türk dünyasının məsələsi olduğunu bildirib: “Harada doğulmasından vəharada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır.” Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili Qənirə Paşayeva gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” – ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: “Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”, – deyib.Millət vəkili Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı idddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib. O deyib ki, “qondarma erməni soyqırımı”na qarşı mübarizə harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir. Q.Paşayeva Türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini qeyd edib..“Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir”, – deyən millət vəkili Qənirə Paşayeva hər iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət olduğunu bildirib. “İnşallah gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”, – millət vəkili qeyd edib. Tədbirdə Azərbaycan Yazarlar Birliyinin üzvü Sərvaz Hüseynoğlu, Sahibkar Qadınlar Dərnəyinin rəhbəri Sürəyya İsmayılova, bu bölgədə təhsil alan tələbələr də iştirak edib və böyük maraq göstəriblər. Tədbirin sonunda GAP Qəzetəciler birliyi millət vəkili Qənirə Paşayevaya Türk dünyası həqiqətlərini bütün dünyada yaydığı üçün təşəkkürünü bildirib və ona mükafat və bölgəni təmsil edən material və hədiyyələr təqdim edib. Tədbir çərçivəsində millət vəkili Qənirə Paşayeva yazar-araşdırmaçı İmdat Avşarla birlikdə hazırladığı Türkiyə Türkcəsində “Karabağ hikayeleri” kitabını, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB hazırladığı “Azərbaycan həqiqətləri” adlı filmlər toplusu və “Ruhum Qarabağlıdır” filmləri, millət vəkili Qənirə Paşayeva və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü Həvva Məmmədovanın həmmüəllifliyi ilə hazırlanmış və Xocalı soyqırımını şahidlərin dili ilə oxucuya çatdıran “Hocalı Soykırımı: tanıkların dili ile” və “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” filmi ilə yanaşı bələdiyyə başqan və yetkililərininə, gənclərə, tədbir iştirakşılarına Azərbaycan, Qarabağ həqiqətləri ilə bağlı çoxlu material və kitablar təqdim olunmuş və millət vəkili gəncləri maraqlandıram sualları geniş cavablandırmış və fikir mübadiləsi aparılıb.
HADİSƏ
- Ana səhifə
- HADİSƏ
Millət vəkili Şuşa ilə bağlı çağırış etdi
- Üç BÜRC üçün çox xoşbəxt dövr başlayır
- Allah həqiqətən mövcuddur – sübut tapıldı
- İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...
Oxşar yazılar
XƏBƏR LENTİ
04:34Karyerada uğur bu 3 bürcün qapısını döyə bilər
03:47Lif az qəbul ediləndə bağırsaq bakteriyaları qoruyucu qatı parçalaya bilər
03:15Gəncədə 15 yaşlı yeniyetmə 5-ci mərtəbədən yıxıldı
02:52Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi
02:19Arnold Şvartseneggerin oğlu atasının yolunu seçdi
01:23Üç bürcün sevgi həyatında gözlənilməz dəyişiklik ola bilər
00:02Həftənin ikinci günü doğulanlar ən inadkardırlar: gözlənilməz SƏBƏBİ
00:01Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür
23:38Bakıda ağac qaz borusunun və maşının üstünə aşdı -VİDEO
23:33"Real"ın əfsanəsi yeni klubu ilə müqavilə imzaladı
22:48Alimlər 300 attosaniyəlik rentgen impulsu yaratdılar
21:53Yerə yaxınlaşan asteroidi dayandırmaq üçün nüvə partlayışı? – Alimlərdən yeni nəticə
21:06İzmirdə zavodda baş verən güclü partlayışda 16 nəfər öldü
20:30Sabahın hava proqnozu
20:15Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər – Onların acı taleyi
20:13Qarsda 8 Noyabr – Zəfər Günü coşqusu
20:00Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada QALMAQAL
19:51Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
19:42Mehriban Əliyeva sosial media hesabında Hacıqabuldan paylaşım etdi
19:36Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
19:19Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
19:00İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ
18:50Kişi xəyanət edən arvadını stula bağlayıb yandırdı
18:45Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
18:38Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu BÜRCLƏR üçün keçmiş geridə qalacaq
18:30Əfsanəvi cüdoçu Fransa prezidentliyinə namizəd oldu
18:25“Biz qayıtmışıq!” - AzTV Böyük qayıdışla bağlı videoçarx hazırladı
18:20Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
18:17"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
18:00Dörd prokuror həlak oldu
17:59Türkiyədə zavodda PARTLAYIŞ: 10 ölü, 15 yaralı var - VİDEO
17:42 Şoular, kuboklar və ya qalmaqallar: ulduz futbolçuların milli komandalardakı vida oyunları necə olub?
17:23İsa peyğəmbəri canlandıran aktyor çarmıxdan yıxıldı - VİDEO
17:09Cəlilabadda ev yandı
17:05Külək necə yaranır və niyə güclü əsir? – Maraqlı SƏBƏBLƏR
17:01“Sabah”ın futbolçusu evləndi
16:46Sərxoş kişilər bir-birini bıçaqlayıb öldürdülər
16:29“WhatsApp” çoxdan gözlənilən yeni funksiyanı təqdim edəcək
16:07Ermənistanda deputatların davasına görə cinayət işi açıldı - VİDEO
15:51Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: “1 nömrə mənəm”
15:30Ay və Günəş zəlzələlərə səbəb ola bilər: gözlənilməz ARAŞDIRMA
15:17"Bizə ayrılıq deyil, birlik və bərabərlik yaraşır" - ƏRDOĞAN
15:10"Mançester Yunayted" 40 ildən sonra ilk dəfə düşmə zonasındadır
15:05Özgür Özəl İlham Əliyevi təbrik etdi
15:05Prezident onu "Dostluq" ordeni ilə təltif etdi
14:59Yeni aldığı maşının üstünə qaz borusu aşdı - VİDEO
14:48Bakıda zəncirvari qəza oldu - VİDEO
14:35Aeroport yolunda ağır qəza sıxlıq yaratdı
14:30Münhendə yaşayan Azərbaycan əsilli yəhudilər Zəfər günü və Dövlət Bayrağı gününü qeyd ediblər
14:29Güclü qar Xınalıq yolunu BAĞLADI
14:27Mingəçevirdə Vətən müharibəsi iştirakçısı bıçaqlandı
14:25Azərbaycanlıların apardığı çərəzlər və meyvə-tərəvəz məhv edildi
14:03Sertab Erener COP31 üçün xüsusi mahnı hazırladı - VİDEO
13:45Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" AÇIQLANDI
13:27Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu
13:22İmişlidə ağır qəzada ölənlərin və yaralının adları bilindi - YENİLƏNİB
13:12Bu küçələrdə hərbi orkestrın yürüşü keçirildi - VİDEO - YENİLƏNİB
13:06Füzuli Rzaquliyev vəfat etdi
12:55Şükürbəylidə avtomobil aşdı: Cəbrayıla ziyarətə gedən qadın öldü
12:52Türkiyədə COP31 iqlim sammiti başladı – Azərbaycan da iştirak edir