Akademik Milli Dram Teatrında xalq artisti Səyavuş Aslanla vida mərasimi keçirilir. Lent.az-ın məlumatına görə, vida mərasimində aktyorun sənət yoldaşları iştirak edir. Teatrın direktoru İsrafil İsrafilov bizimlə söhbətində bildirib ki, xalq artistinin II Fəxri Xiyabanda dəfn olunacağı gözlənilir.
Qeyd edək ki, S. Aslanın vəziyyəti gecə pisləşib, təcili yardım çağrılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Xalq Artisti bir neçə gün öncə prezidentin sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunub.
Hazırda vida mərasimi davam edir.