<span style="color:red;">Bayram Kürdəxanlı:  “22 yaşımdan nəşə çəkirəm” - <span style="color:red;">YENİLƏNİB
15 iyul 2014 16:01 (UTC +04:00)

Bayram Kürdəxanlı: “22 yaşımdan nəşə çəkirəm” - YENİLƏNİB

0

Sabunçu rayon Polis İdarəsinin əməkdaşları Bayram Kürdəxanlı kimi tanınan meyxanaçı Bayramqulu Quliyevi həbs ediblər. Onun üzərinə baxış kecirilərkən şəxsi istehlak miqdarından artıq tiryək aşkarlanıb.

 

Saxlanılan şəxs tanışının ad günü mərasiminə qatıldığını deyir: "Qapını açanda polisləri gördüm, qollarımı burub, məni idarəyə gətirdilər".

 

İdarənin Narkotiklərlə Mübarizə şöbəsinə gətirilən Bayram Kürdəxanlı  narkoman olduğunu etiraf etsə də, tiryəklə bağlı iddianı rədd edib: "22 yaşımdannəşə çəkirəm. Məclislərdə mənə narkotik təkli edirlər ki, təbim gəlsin".    

 

1984 -ci ildən vərəm xəstəsi kimi qeydiyyatda olan meyxanaçı APA TV-yə vaxtilə ineksiya yolu ilə narkotik qəbul etdiyini, 2004-cü ildən isə tərgitdiyini söyləyib: "Onun ağrıları çox pis olur".

 

Sabuncu polisindən bildirilib ki, onun barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı  234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə iş başlanıb.

 

***

12.38

 

Tanınmış meyxanaçı həbs edildi
 

Sabunçu rayon Məhkəməsi 2 gün əvvəl polis tərəfindən saxlanılan meyxanaçı Bayram Kürdəxanlı barəsində istintaq müddəti üçün  2 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Bu barədə Lent.az-a Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Rəhman Kərimov məlumat verib.

 

B.Kürdəxanlı Bakı İstintaq Təcridxanasına yerləşdirilib. Onun barəsində Cinayət Məcəlıəsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə iş başlanılıb.

 

*****

 

12:28

 

Lent.az-ın məlumatına görə, bu barədə unikal.org saytı xəbər yayıb. Meyxanaçı iyulun 12-də Sabunçu Rayon Polis əməkdaşları tərəfindən saxlanılıb. Bayram Kürdəxanı üzərindən narkotik maddə aşkarlanaraq götürülüb. Artıq meyxanaçı barədə iki aylıq həbs-qətimkan tədbiri də seçilib. Məlumatı Sabunçu Rayon Polis İdarəsindən tədiqləyibləyiblər.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 12107

Oxşar yazılar