Xəzərdə daha bir nəfər batıb
25 iyun 2013 11:10 (UTC +04:00)

Xəzərdə daha bir nəfər batıb

0

Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xəzər dənizinin Bakı sahilində 1 nəfərin batması barədə məlumat daxil olub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə,  Səbail rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km aralıda, nəzarətsiz ərazidə) 1 nəfər batıb və dərhal Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.  Kimliyi məlum olmayan şəxsin cəsədi tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Əməliyyat saat 07:00-da başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 759

Oxşar yazılar