Amorim "Mançester Yunayted"də iki ayda  10 yaş qocaldığını   SÖYLƏDİ
27 yanvar 2025 19:13 (UTC +04:00)

Amorim "Mançester Yunayted"də iki ayda 10 yaş qocaldığını SÖYLƏDİ

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim yanvarın 27-də 40 yaşını qeyd edir.

“İndi 40 yaşım yoxdur... 50 yaşım var! “Mançester Yunayted”də iki aydan sonra 50 yaşım tamam oldu. 40 illik yubileyimi burada qeyd etmək mənim üçün böyük şərəfdir”, - Lent.az bildirir ki, Ruben BBC-yə müsahibəsində deyib. 

Amorim İngiltərə Premyer Liqası oyununda "Fulhem" üzərində 1:0 hesablı qələbəni də şərh edib.

“Qələbə hissi və üç xal bizim üçün çox vacibdir. Komandanın oyununda hələ ki irəliləyiş yoxdur və bu, faktdır. Amma qalib gəlmək bizə təkmilləşməyə kömək edir. Bəzi oyunlarda bir az bəxtimiz gətirmədi. Bu gün ən yaxşı oyun olmadı, amma qalib gələ bildik.

Əsas odur ki, nə etmək istədiyim barədə dəqiq təsəvvürüm var. Bəzən əsəbləşirəm. Biz fərqli oynamaq istəyirik və gələcəkdə fərqli üslubda oynayacağıq”, -  Amorim vurğulayıb.

"Mançester Yunayted" İngiltərə Premyer Liqasının cədvəlində 12-ci yerdədir. Komanda 23 oyunda 29 xal toplayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1803

Oxşar yazılar

“Real” 11-ci oyunçusunu  itirdi

“Real” 11-ci oyunçusunu itirdi

15 may 2025 , 17:56
İşçilərinə Avropa Liqasının final oyunun biletlərini  öz pulu ilə aldı

İşçilərinə Avropa Liqasının final oyunun biletlərini öz pulu ilə aldı

15 may 2025 , 15:22
“Liverpul” onu "Real"a satmadı

“Liverpul” onu "Real"a satmadı

15 may 2025 , 12:34
"Arsenal" bu hücumçu üçün bu qədər ödəməyə  hazırdır

"Arsenal" bu hücumçu üçün bu qədər ödəməyə hazırdır

15 may 2025 , 09:37
“Real”dan əzmkar qələbə

“Real”dan əzmkar qələbə

15 may 2025 , 03:00
İtaliya Kubokunun qalibi  "Bolonya" oldu

İtaliya Kubokunun qalibi "Bolonya" oldu

15 may 2025 , 02:01
“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu

“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu

14 may 2025 , 23:47
“Neftçi” məğlub oldu - “Sabah” ÇEMPİON

“Neftçi” məğlub oldu - “Sabah” ÇEMPİON

14 may 2025 , 22:00