Azərbaycan Cüdo Federasiyası niderlandlı mütəxəssislə yollarını ayırdı
26 may 2023 23:29 (UTC +04:00)

Azərbaycan Cüdo Federasiyası niderlandlı mütəxəssislə yollarını ayırdı

Mayın 7-13-də keçirilən böyüklər arasında Dünya çempionatından sonra Azərbaycan Cüdo Federasiyasına (ACF) istefa ərizəsini təqdim edən performans direktor Mark van der Hamla müqaviləyə xitam verilib.

Bu barədə Lent.az-a ACF-dən bildirilib.

“Bütün Azərbaycan idmançılarına və heyət üzvlərinə gələcək karyeralarında və yarışlarda uğurlar arzulayıram. Azərbaycanda olduğum müddətdə Federasiya tərəfindən göstərilən hərtərəfli dəstəyə görə təşəkkürümü bildirirəm”,- deyə Mark van der Ham qeyd edib.

ACF Mark van der Hama Azərbaycanda cüdonun inkişafında göstərdiyi səylərə, milli yığmaların işinin təşkilində göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirir və gələcək karyerasında uğurlar arzulayır.

# 1539
avatar

Oxşar yazılar