“Barselona”da daha bir müqavilə: 1 milyard avroluq bənd
20 yanvar 2022 19:14 (UTC +04:00)

“Barselona”da daha bir müqavilə: 1 milyard avroluq bənd

“Barselona” daha bir gənc futbolçusu ilə yeni müqavilə imzalayacaq.

Lent.az-ın apasport.az-a istinadən məlumatına görə, yarımmüdafiəçi Qavinin uzun müddət komandada qalacağı dəqiqləşib.

18 yaşlı orta sahə oyunçusu kataloniyalılarla əməkdaşlığını uzun müddət davam etdirəcək. Çünki tərəflər sözləşmənin 2026-cı ilin yayına qədər uzadılmasını razılaşdırıblar. Müqavilədə Qavinin sərbəst qalma məbləği 1 milyard avro göstəriləcək.

Qeyd edək ki, “Barselona”nın akademiyasında yetişən Qavi ötən ildən əsas komandaya cəlb olunur.

# 1479
avatar

Oxşar yazılar