Bu komanda onun üçün  müqavilə   hazırladı
02 iyun 2023 16:24 (UTC +04:00)

Bu komanda onun üçün müqavilə hazırladı

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç bu mövsümün sonunda karyerasını başa vuracağı haqda danışıb.

Lent.az bildirir ki, bundan əvvəl mətbuatda 41 yaşlı futbolçunun "Monza"nın oyunçusu ola biləcəyi ilə bağlı məlumatlar yayılmışdı.

“Monza”da mənə dedilər ki, müqavilə mənim üçün hazırdır. Amma mən “Milan”ın oyunçusuyam və bununla fəxr edirəm. Mövsümün sonunda karyeramı bitirəcəyimi düşünmürəm. Amma mən yaxşı tarazlıq tapmalıyam”, - jurnalist Fabrizio Romano sosial şəbəkədə İbrahimoviçdən sitat gətirib.

İtaliya çempionatının bu mövsümündə hücumçu bir qol vurduğu cəmi dörd oyun keçirib.
 

# 1386
avatar

Oxşar yazılar