DÇ 2026:  Kanada üçün həlledici oyun – əsas ulduzlarla bağlı qərar verildi
18 iyun 2026 13:01 (UTC +04:00)

DÇ 2026: Kanada üçün həlledici oyun – əsas ulduzlarla bağlı qərar verildi

0

2026-cı il dünya çempionatının B qrupunda Kanada bu gün Qətərlə vacib qarşılaşmaya çıxacaq. İlk turda hər iki komanda heç-heçə etdiyi üçün bu görüş qrupdan çıxmaq baxımından böyük əhəmiyyət daşıyır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Kanada millisinin baş məşqçisi Cessi Marşın start heyətində ciddi dəyişiklik etməyəcəyi gözlənilir. Əsas diqqət isə zədə səbəbindən uzun müddət tam hazır olmayan komandanın kapitanı Alfonso Devisin vəziyyətinə yönəlib. Onun heyətdə yer alacağı ehtimal edilsə də, ilk "11-lik"də meydana çıxması gözlənilmir.

Kanadanın ehtimal olunan start heyəti belədir: Maksim Krepo – Alister Conston, Luk de Fuqerol, Derek Kornelius, Riçi Laryea – Tacon Byukenen, İsmayıl Kone, Stefan Eustakio, Liam Millar – Conatan Devid, Tani Oluvaseyi.

Qətər millisində isə baş məşqçi Xulen Lopeteqinin ilk turdakı heyətini böyük ölçüdə qoruyacağı gözlənilir. Komandanın hücum xəttində əsas ümidlər Əkrəm Əfif və Yusuf Abdurrisaqın üzərinə düşəcək.

Qətərin ehtimal olunan start heyəti: Mahmud Əbunada – Ayub Əl-Oui, Pedro Migel, Bualem Xuxi, Cassim Əl-Əmin – Cassim Caber, Assim Madibo, Seydina Laye – Edmilson Junior, Yusuf Abdurrisaq, Əkrəm Əfif.

Kanada doğma azarkeşləri önündə dünya çempionatındakı ilk qələbəsini qazanmağa çalışacaq. Qrupdakı bütün komandaların ilk turdan sonra eyni xal və eyni top fərqinə malik olması bu görüşün əhəmiyyətini daha da artırır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar