Fabreqas "Real"da işləməyi  istisna etməyib: "Mənim qırmızı xətlərim  yoxdur"
14 may 2026 17:18 (UTC +04:00)

Fabreqas "Real"da işləməyi istisna etməyib: "Mənim qırmızı xətlərim yoxdur"

0

"Komo”nun baş məşqçisi bildirib ki, o, yalnız baş məşqçi kimi işləmək istəyir.

"Barselona"nın keçmiş yarımmüdafiəçisi Sesk Fabreqas gələcəkdə "Real"da işləmək ehtimalı ilə bağlı şərh verib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, hazırda İtaliyanın "Komo" klubunu çalışdıran ispaniyalı məşqçi tədricən Avropanın ən perspektivli gənc məşqçilərindən biri kimi şöhrət qazanır. Jurnalistlərlə söhbət zamanı Fabreqas "Real"a potensial təyinatla bağlı sualı cavablandırıb.

İspaniyalı məşqçi potensial iş yeri ilə bağlı heç bir fundamental məhdudiyyətinin olmadığını deyir, lakin məşqçilik karyerasının lap əvvəlindən özü üçün bir vacib şərt qoyub.

"Mənim qırmızı xətlərim yoxdur. Əvvəldən tamamilə aydın etdiyim yeganə xətt köməkçi olmaq istəməməyim idi. Baş məşqçi olmaq istədiyimi dəqiq bilirəm", - Fabregas bildirib.

Məşqçi həmçinin əlavə edib ki, hələlik "Real"a qoşulmaq variantını nəzərdən keçirməyib, çünki o, tamamilə öz işinə diqqət yetirir.

"Barselona"da uzun karyerasına baxmayaraq, Fabreqas bir gün Kataloniya klubunun əzəli rəqibinə rəhbərlik etmək ehtimalını da istisna etməyib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 166

Oxşar yazılar