Futbolçuya hücuma görə matç yarımçıq qaldı
03 iyun 2023 06:35 (UTC +04:00)

Futbolçuya hücuma görə matç yarımçıq qaldı

Fransa Liqa 2-nin "Bordo" və "Rodez" komandaları arasında keçirilən matç yarıçşıq qalıb.

Lent.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Buna səbəb "Rodez" klubunun futbolçusu Luk Buadeyə hücum olub.

Hesabı açan futbolçu rəqib komandanın azarkeşlərini hiddətləndirib.

Azarkeşlərdən biri meydançaya qaçaraq qonaq komandanın oyunçusuna hücum edib.

Hakim komandaları meydandan çıxarmaq qərarına gəlib. Qarşılaşma yarımçıq başa çatıb.

Bu görüş çempionatda final oyunu idi.

“Bordo” son tur öncəsi 69 xalla üçüncü yerdə idi. Komandanın hələ də Liqa 1-ə çıxmaq şansları var idi.

# 2481
avatar

Oxşar yazılar