Mahir Emreli
16 oktyabr 2021 11:26 (UTC +04:00)

Mahir Emreli

Mahir Emrelinin transfer qiyməti ARTDI

0

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin transfer dəyəri artıb.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, bu barədə “Transfermarkt” məlumat yayıb.

Bildirilib ki, mövsümün əvvəllərində transfer qiyməti 1 milyon avro olan 24 yaşlı forvardın “Legiya”dakı parlaq çıxışı onun bazar dəyərinə də müsbət təsir göstərib. Hazırda Emreli 2 milyon avroya bərabər göstərilir.

Qeyd edək ki, Mahir Emreli yayda “Qarabağ”dan “Legiya”ya keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4642

Oxşar yazılar