“Mançester Siti”nin bir mösümdəki  inanılmaz gəliri 
31 may 2023 19:15 (UTC +04:00)

“Mançester Siti”nin bir mösümdəki inanılmaz gəliri 

İngiltərə Premyer Liqasındakı komandaların 2022-23 mövsümündə yayımdan aldıqları pulun miqdarı ağlasığmazdır.
 
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, keçən il kassasına 153 milyon funt-sterlinq qoyan “Mançester Siti”, yeni xarici yayım müqavilələri sayəsində gəlirini 166 milyon sterlinqə yüksəldərək rekord səviyyəyə çatıb.
 
Son 5 mövsümdə 4-cü dəfə İngiltərə Premyer Liqa çempionluğunu qazanan “Mançester Siti” bu uğur sayəsində yayımdan 166 milyon funt-sterlinq rekord gəlir əldə edəcək.
 
“Daily Mail”in apardığı araşdırmaya görə, keçən mövsüm çempion olduğu zaman kassasına 153 milyon funt-sterlinq qoyan klub, xüsusilə xarici yayım müqavilələrindən aldığı payla qazancını artırıb.
 
Premyer Liqada 20 kluba müxtəlif meyarlara uyğun olaraq cəmi 2,7 milyard funt-sterlinq yayım haqqı verilir. Çempion “Mançester Siti” 166 milyon funt-sterlinqlə ən böyük paya sahib komanda olarkən, ikinci sırada isə “Arsenal” 162,2 milyon funt-sterlinq alacaq. Mövsümü dördüncü sırada bitirən “Nyukasl” 158,6 milyon funt-sterlinq qazanıb.

2019-20 mövsümündə edilən dəyişikliklər

Beynəlxalq arenada ən çox “Mançester Yunayted” və “Liverpul”un izlənilməsi səbəbindən 2019-20 mövsümündən etibarən liqada fərqli yol tətbiq edilib. Buna uyğun olaraq hər hansı xarici müqavilə ilə kassaya daxil olan pullar hamıya bərabər deyil, komandanın liqadakı mövqeyinə görə bölünür. Bunun sayəsində çempion “Mançester Siti” 22 milyon funt-sterlinq, liqanın sonuncusu “Sauthempton” isə 1,5 milyon funt-sterlinq qazanıb.

Bilet, sponsorluq və digər gəlirlər daxil deyil

İngiltərə Premyer Liqasında klubların gəlirləri ağlasığmazdır. Məsələn, hətta liqada sonuncu yerdə qərarlaşan “Sauthempton” da təkcə yayım hüququndan 102,5 milyon funt sterlinq alacaq. Biletlər, sponsorluqlar, lisenziyalı məhsullar və s. əlavə etdikdə klubların qazancı yüz milyonlarla funta çatır.

Digər tərəfdən, mayın 28-də keçirilən son turun oyunlarından sonra “Southampton”,” Lids” və “Lester” komandaları aşağı liqaya düşüb.
 

# 2415
avatar

Oxşar yazılar