Mayk Tayson  küçədə   döyüşdü -  VİDEO
22 aprel 2024 12:45 (UTC +04:00)

Mayk Tayson küçədə döyüşdü - VİDEO

Əfsanəvi boksçu Mayk Tayson  Bruklin küçələrində ekspromt döyüş keçirib. Əfsanə Şennon Briqqslə tüz-üzə gəlib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Arlinqtonda qala gecəsi iyulun 20-nə planlaşdırılıb. Əsas yarışda Mayk Tayson və Ceyk Pol döyüşəcək. Boks üzrə keçmiş dünya çempionu üçün bu, demək olar ki, dörd illik fasilədən sonra rinqə qayıdış olacaq.

Taysonun qarşıdurması boks formatında baş tutacaq. Lakin 57 yaşlı boksçunun qarşısında duran vəzifə asan olmayacaq. Rəqibi artıq bir neçə qələbə qazanıb.

Ceyk Pol keçmişdə Neyt Dias, Anderson Silva, Neyt Robinson, Tayron Vudli və Ben Askren də daxil olmaqla bir neçə UFC döyüşçüsünə boks şərtləri ilə qalib gəlib.

Taysonun döyüşə hazırlığı bir neçə həftə əvvəl başlayıb. Boksçu müntəzəm olaraq sosial şəbəkələrdə fiziki hazırlığı ilə öyündüyü videolar yayımlayır. Amerikalının paylaşdığı bəzi videolar təsirli ola bilər.

Boks üzrə keçmiş dünya çempionu bu dəfə böyüdüyü yerdən çox da uzaq olmayan Bruklin küçələrində peyda olub. 57 yaşlı əfsanə Şennon Briqqslə görüşüb. Hər iki boksçu köynəklərini çıxarıb, daha sonra fanatların əhatəsində bədahətən döyüşə çıxıblar.

Şennon Briqqs keçmiş WBO dünya çempionudur. O, 2006-cı ildə Sergey Lyaxoviçə qalib gələrək arzuladığı kəməri qazanıb. Amerikalı karyerası ərzində 60 qələbə qazanıb.
 

# 8808
avatar

Oxşar yazılar