Messi “İnter Mayami”yə  1 milyon fanat  qazandırdı –  12 dəqiqəyə
08 iyun 2023 18:50 (UTC +04:00)

Messi “İnter Mayami”yə 1 milyon fanat qazandırdı – 12 dəqiqəyə

Messinin transferindən sonra “İnter Mayami”nin azarkeşlərinin sayı artıb.

Lent.az xəbər verir ki, MLS klubu “İnter Mayami” dünən argentinalı hücumçunun transferini rəsmən açıqladı. Bu elandan 12 dəqiqə sonra klub rəsmi “Instagram” hesabında 1 milyon izləyici toplayıb.

Xatırladaq ki, “İnter Mayami”nin təklifini qəbul etməzdən əvvəl “Qızıl top”un yeddiqat qalibi “Barselona”nın və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun iki il ərzində 1,2 milyard avro ödəyəcəyini vəd edən təkliflərini rədd etmişdi.

Argentinalı hücumçu bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 21 qol vurub və 20 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2256
avatar

Oxşar yazılar