Messi Səudiyyə Ərəbistanına  getməyəcək,   başqa variant seçir
07 iyun 2023 17:49 (UTC +04:00)

Messi Səudiyyə Ərəbistanına getməyəcək, başqa variant seçir

Lionel Messi nəhayət, karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək variantını rədd edib və indi daha iki təklifi nəzərdən keçirir. 

Lent.az bildirir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, 35 yaşlı argentinalı “Barselona” və “İnter Mayami” arasında seçim edir və son bir neçə gündə MLS-ə keçmək variantı onun üçün daha maraqlı olub.

Məsələ burasındadır ki, təkcə klub futbolçunu ABŞ-da yox, həm də liqanın özündə görmək istəyir. Buna görə də, MLS təklifinə çempionatın iki ən böyük kommersiya tərəfdaşının töhfəsi daxildir.
 
Yüksək səviyyəli liqa müzakirələrində iştirak etmiş və ya onlara qısa məlumat verilmiş bir neçə mənbə daha əvvəl bildirib ki, MLS və Apple Messiyə yeni MLS Season Pass abunəçilərindən əldə edilən gəlirin bir hissəsini, Apple TV+-da liqanın yayım paketini təklif etməyi müzakirə ediblər.

Xatırladaq ki, bir müddət əvvəl Lionel Messinin atası oğlunun “Barselona”ya qayıtmağa üstünlük verdiyini bildirib.

 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1350
avatar

Oxşar yazılar