Anri Onyekuru
21 iyun 2021 11:27 (UTC +04:00)

Anri Onyekuru

Onyekuru "Qalatasaray"da qalır?

0

Türkiyənin “Qalatasaray” klubu Anri Onyekurunu heyətində saxlamaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi “Monako”ya məxsus hücumçunun icarə müddətini artırmaq istəyir.

Nigeriyalı forvard ötən qış İstanbul klubuna qoşulub. “Sarı-qırmızılar” icarə müqaviləsinə Onyekurunun sonradan transfer olunması öhdəliyini də daxil etmək fikrindədir.

Qeyd edək ki, müxtəlif vaxtlarda “Qalatasaray”da çıxış edən hücumçu Super Liqada 55 oyunda 20 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2523

Oxşar yazılar