"Qalatasaray" İkardiylə vidalaşdı
16 iyul 2026 01:58 (UTC +04:00)

"Qalatasaray" İkardiylə vidalaşdı

0

"Qalatasaray" Mauro İkardinin komandadan ayrılması ilə bağlı paylaşım edib.

Lent.az xəbər verir ki, İstanbul klubu argentinalı hücumçuya həsr olunan vida məktubu yayımlayıb.

"Bu gün ayrılıqdan yox, mirasdan danışırıq. Artıq "Qalatasaray" formasını geyinməyəcək olmağın qəlbimizdəki yerini dəyişməyəcək. Çünki sən 7-dən 70-ə qədər hər bir "Qalatasaray"lının ürəyində taxt qurdun.

Vurduğun qollar, bombardirliklərin, qırdığın rekordlar və başın üzərinə qaldırdığın kuboklar bir yana... Sən "Qalatasaray" sevgisini həm yaşadın, həm də milyonlarla insana yaşatdın.

Sən artıq təkcə adını klub tarixinə qızıl hərflərlə yazdıran futbolçu deyilsən. Sən "Qalatasaray"ın unudulmaz əfsanələri arasında əbədi yaşayacaq bir dəyərsən.

Bir nəsli "Qalatasaray"lı edən əziz kapitan, bu gün uşaqlar "Mən 'Qalatasaray'lıyam" deməklə qürur duyursa, bunda sənin də böyük payın var. Bütün "Qalatasaray"lılar bilir... Belə bir sevgi heç vaxt unudulmaz", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Mauro İkardi 2022-ci ilin yayında PSJ-dən icarə əsasında "Qalatasaray"a keçib. Bir il sonra transfer hüquqları alınan argentinalı hücumçu İstanbul klubunda keçirdiyi dörd mövsümdə 4 dəfə Türkiyə çempionu, 2 dəfə Superkubok və 1 dəfə Türkiyə Kubokunun qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar