“Qarabağ”  braziliyalı hücumçu   alır?
19 yanvar 2022 14:39 (UTC +04:00)

“Qarabağ” braziliyalı hücumçu alır?

"Qarabağ"ın maraq dairəsinə düşən hücumçulardan daha birinin kimliyi bilinib.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, adı Ağdam klubunun transfer siyahısında yer alan legioner Junior Brumadodur.

22 yaşlı braziliyalı müqavilə ilə "Mitdyulland"a məxsusdur. Danimarka klubu onu 2020-ci ildə ölkənin başqa bir təmsilçisinə - "Silkeborq"a icarəyə verib.

Vətənində "Bahia"nın yetirməsi olan "sambaçı" 2019-cu ildən Danimarkada çıxış edir.

Brumado ön xətlə yanaşı, yarımmüdafiənin cinahlarında oynamağı bacarır.

# 1515
avatar

Oxşar yazılar