Ovusu Kvabena
17 iyun 2021 16:05 (UTC +04:00)

Ovusu Kvabena

“Qarabağ”ın hücumçusu gedir

“Qarabağ”ın hücumçusu Ovusu Kvabena tezliklə komandanı tərk edəcək.

Apasport.az saytının əldə etdiyi məlumata görə, qanalı forvard daha 3 klubdan təklif alıb.

24 yaşlı futbolçunun karyerasını İspaniya və ya Türkiyədə davam etdirmək ehtimalı var. Karyerasının böyük hissəsi məhz İspaniya ilə bağlı olan Ovusu ilə maraqlanan klublardan biri sabiq komandası “Kordoba”dır. Həmçinin “Mirandes”dən sonra La Liqa-2 təmsilçisi “Tenerife” də forvarda təklif göndərib. “Qarabağ”ın oyunçusunun xidmətində maraqlı olan Türkiyə klubu isə Super Liqanı bu il tərk edən “Ərzurumspor”dur.

Ötən ilin əvvəlində “Leqanes”dən alınan hücumçu hazırda adıçəkilən klublarla danışıq mərhələsindədir. Hazırda ən real variant kimi “Ərzurumspor” görünür. Futbolçunun keçidə razılığı alındıqdan sonra “Qarabağ”la danışıqlar aparılacaq. Ağdam təmsilçisi özü də Kvabenanı icarəyə vermək fikrindədir. Elə onunla maraqlanan komandalar da növbəti mövsüm üçün icarəyə götürməyi planlaşdırırlar.

Qeyd edək ki, Ovusu Kvabenanın “Qarabağ”la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

# 1161
avatar

Oxşar yazılar