Xavi Messinin "Barselona"ya qayıtmasına nəyə görə  israr etdiyini   AÇIQLADI
30 may 2023 16:45 (UTC +04:00)

Xavi Messinin "Barselona"ya qayıtmasına nəyə görə israr etdiyini AÇIQLADI

"Barselona" PSJ-nin hücumçusu Lionel Messini geri qaytarmaq istəyir. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu fikirləri kataloniyalıların baş məşqçisi Xavi Ernandes deyib.

Mütəxəssisin sözlərinə görə, argentinalı hücumçu hələ də əla formadadır və komandaya xeyir verə bilir.

“Şübhə etmirəm ki, Messi geri dönsə, bizə futbol baxımından kömək edəcək. Bu barədə prezidentə məlumat verdim.

Mənim heç bir şübhəm yoxdur, çünki o, hələ də qələbələrə acdır, qalibdir, liderdir. Oynamaq istədiyimizi nəzərə alsaq, onun bizə çox şey verəcəyinə şübhəm yoxdur. Amma bu ondan asılıdır. Qapılar açıqdır. Əgər o, gəlmək istəsə, bir məşqçi kimi mənim heç bir şübhəm yoxdur”, - Xavi belə açıqlama verib.

Daha əvvəl 35 yaşlı Messinin Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan təklif aldığı bildirilirdi. Bundan əlavə, hücumçu ilə MLS-in "İnter Mayami" klubu ilə maraqlanır. Nəhayət, mətbuat iddia edir ki, PSJ bossları futbolçu ilə müqaviləni uzatmaq istəyirlər və ona hər mövsüm üçün 100 milyon avro maaş təklif ediblər.
 

# 1143
avatar

Oxşar yazılar