Avropa Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 6-da baş tutacaq “Qarabağ”- “Dnepr” qarşılaşmasının biletlərinin qiyməti açıqlanıb. "Qarabağ" klubunun mətbuat xidmətindən Lent.az-a verilən məlumatına görə, noyabrın 3-dən satışa çıxarılacaq biletlərin ən ucuzu 1 manat olacaq. Ən bahalı bilet isə 10 manata satılacaq.
Qeyd edək ki, matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Klub nümayəndələri azarkeşləri bileti fərdi şəxslərdən deyil, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almağa çağırıb. Holoqramı olmayan biletlər etibarsız sayılacaq.