Yeni BillPay xidməti - DəmirBank-ın saytında kommunal və rabitə ödənişləri edənlər bonuslar qazanır
06 aprel 2011 15:34 (UTC +04:00)

Yeni BillPay xidməti - DəmirBank-ın saytında kommunal və rabitə ödənişləri edənlər bonuslar qazanır

Bu sistemin əvvəlki sistemdən fərqi ondadır ki, burada bankın kart sahibləri https://billpay.demirbank.az/ onlayn ödəmə səhifəsində qeydiyyatdan keçərək özünə şəxsi kabinet yarada bilərlər. Sonra isə ödəmələrini bu kabinetdə həyata keçirə bilərlər.

BillPay sistemindəki şəxsi kabinetin üstünlükləri aşağıdakılardır:

1. Sistemdə qeydiyyat PULSUZ, ödənişlər isə heç bir komissiya olmadan həyata keçirilir.

2. Aylıq ödəmələrin şəxsi kabinetdə qeydiyyatı. Müştəri ödəniş etdiyi xidməti və müvafiq kodu 1 dəfə qeyd edir, və beləliklə da gələn dəfə bu məlumatları yenidən daxil etmək zərurəti olmayacaq.

3. Ödəmə tarixçəsinin şəxsi kabinetdə yadda saxlanılması. Müştəri istədiyi zaman etdiyi ödənişlərə baxa bilər, ödənişlər üzrə məlumatları çap edə bilər və s.

4. Hər ödəmədə bonusun əldə olunması. Müştəri hər 1 manat ödəniş üçün 100 bonus qazanır, müştəri bu bonusları gələcəkdə istifadə edərək müəyyən kampaniyalarda iştirak edə biləcək.

5. Kart məlumatının şəxsi kabinetdə yaddaşda saxlanılması (gələcəkdə). Yaxın vaxtlarda kart rekvizitlərinin şəxsi kabinetdə yaddaşda saxlanması mümkün olacaq, bu isə bu məlumatı hər dəfə daxil etmək zərurətini aradan qaldıracaq.

Qeydiyyatdan keçmədən əvvəlki qaydada ödəmə etmək istəyənlər isə “Qeydiyyatsız ödəmə” linkinə tıklaya bilərlər, lakin bu halda yeni üstünlüklər və bonuslar təqdim edilmir.

Hazırda DəmirBank-ın internet ödəmə səhifəsində aşağıdakı şirkətlərin ödəmələrini etmək mümkündür.

1. kommunal (Bakı Elektrik Şəbəkə)
2. mobil rabitə (Azerfon-Vodafone, Bakcell, Nar Mobile, Fonex)
3. stasionar telefon (Aztelekom-BTRİB, Catel)
4. internet provayderlər (Adanet/Alfanet, Avirtel, Azeronline, Azdatacom, Azstarnet, Bakinternet, Connect, Hotnet, Provayder.az)
5. kabel televiziyası (B&B TV, Connect TV)

Qeyd: Bu xidmətlərin bəziləri yeni BillPay sistemdə hələ tətbiq edilməyib, lakin yaxın günlərdə tam tətbiq ediləcək. Yaxın gələcəkdə siyahıya Azəriqaz, Azərsu, KATV və sair şirkətlərin xidmətlərinin də əlavə edilməsi gözlənilir.

Onlayn ödənişlər VISA və MasterCard beynəlxalq ödəniş sistemlərinin təhlükəsizlik standartları üzrə xüsusi sertifikasiya keçmiş ödəmə sistemi vasitəsi ilə dərhal həyata keçirilir.

Plastik kart sahibləri evdən və ya ofisdən sadəcə DəmirBank-a 149 nömrəsinə zəng etməklə də kommunal və rabitə ödənişlərini həyata keçirə bilər. DəmirBank plastik kartı olmayan müştərilərə isə Bankın filiallarında kommunal (işıq, qaz, su), mobil rabitə (Azercell, Bakcell, Nar Mobile) və yuxarıda göstərilən digər xidmətlərin ödənişini təklif edir.

# 749

Oxşar yazılar