AXA MBASK sahibkarları və işgüzar adamları peşəkar sığorta agentliyi açmağa çağırır
07 aprel 2011 09:30 (UTC +04:00)

AXA MBASK sahibkarları və işgüzar adamları peşəkar sığorta agentliyi açmağa çağırır

Şirkət, öz növbəsində, bu sahədə əməkdaşlıqda maraqlı olan bütün hüquqi və fiziki şəxslərə dəstək göstərəcəyini bəyan edir.

AXA Group dünyanın 57 ölkəsində fəaliyyət göstərir və dünyanın ən böyük sığorta şirkətidir. Fəaliyyət göstərdiyi ölkələrdə AXA Şirkəti sığorta agentliklərinin açılmasını dəstəkləyərək, həmin agentliklərlə uzunmüddətli əməkdaşlıq edir, agentliklərin inkişafında və yüksək gəlir əldə etməsində mühüm rol oynayır.

AXA MBASK Sığorta Şirkəti sığorta agentlərinin fəaliyyətini tənzimləyən qanunvericiliyin tələbləri ilə bağlı bütün məsələlərdə sahibkarlara və işgüzar şəxslərə məsləhətlər verməyə və daimi yardım etməyə hazırdır. Bu məqsədlə Şirkət daxilində xüsusi yaradılmış Agent Mərkəzi fəaliyyət göstərir.

Həmçinin, AXA MBASK sahibkarlara və işgüzar şəxslərə sığorta agentliyinin açılmasında və ya mövcud bizneslərini davam etdirməklə sığorta agenti xidmətləri göstərib əlavə gəlir əldə etmələrində hər cür dəstək verəcəyini bildirir. Xüsusi ilə, müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxs yaratmaqda maraqlı olan şəxslərə əlavə olaraq agentliklərin inkişafı proqramı çərçivəsində kompleks dəstək verilir.

Eyni zamanda, AXA MBASK Sığorta Şirkəti tərəfindən hal hazırda sığorta fəaliyyəti ilə məşğul olan şəxslərə, o cümlədən lisenziyası olan sığorta agentlərinə, beynəlxalq standartlara və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə Sığorta Agentliklərinin yaradılmasında hər cür dəstək verilir və buna şərait yaradılır.

Bakı şəhərində və Respublikanın istənilən regionunda agentlik açmaq istəyən şəxslər, şirkətin korporativ saytında yerləşən müvafiq ərizə formasını doldurub AXA MBASK Sığorta Şirkətinin ofislərinə təqdim edə bilərlər. Daha ətraflı məlumat www.axambask.az saytında yerləşdirilib.

Xatırladaq ki, ötən ilin oktyabr ayında MBASK Sığorta Şirkəti özünün əsas səhmdarını dəyişmişdir. Şirkətin səhmlərinin nəzarət zərfini (51%), özünün törəmə şirkəti olan AXA Sequros Generales, S.A, De Sequros Y Reasequros (İspaniya) şirkəti vasitəsilə, AXA Group (Fransa) şirkəti əldə etmişdir. 2010-cu ilin dekabr ayının 7-də MBASK-ın lisenziyası, şirkətin adının dəyişdirilməsi ilə əlaqədar, AXA MBASK-a dəyişdirilmişdir

AXA Group – maliyyə müdafiəsi sahəsində dünya lideridir. AXA Group öz fəaliyyətini, Avropa, Şimali Amerika və Asiya-Sakit okean regionunda daha çox cəmləşdirməklə, bütün dünya üzrə 57 ölkədə həyata keçirir.
# 609

Oxşar yazılar