“Azneft” İstehsalat Birliyinin direktoru dəyişdi
Bu gün “Azneft” İstehsalat Birliyində ARDNŞ prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə Birlik rəhbərliyinin toplantısı keçirilib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Rövnəq Abdullayev “Azneft”in baş direktoru Səbuhi Əhmədovun öz ərizəsinə əsasən tutduğu vəzifədən azad olunduğunu və Daşqın İskəndərovun “Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edildiyini bildirib.
Rövnəq Abdullayev Daşqın İskəndərovun əmək fəaliyyətindən danışıb, onun bacarıqlı kadr olduğunu söyləyib. ARDNŞ prezidenti “Azneft”in yeni baş direktorunu təbrik edərək ona yeni vəzifədə uğurlar arzulayıb.
Qeyd edək ki, Daşqın İskəndərov 1991-ci ildən “28 may” NQÇİ-də əmək fəaliyyətinə başlayıb, 1999-cu ilədək orada operator, mühəndis, “Neftin və qazın ilkin hazırlanması və nəqli” sexinin rəisi, 1999-2007-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində texnik, istehsalat üzrə supervayzer işləyib. 2007-2010-cu illərdə o, “28 may” NQÇİ-nin rəisinin I müavini, daha sonra isə rəisi vəzifəsinə irəli çəkilib. 2010-cu ildən Daşqın İskəndərov “Azneft”də baş direktorun birinci müavini vəzifəsində çalışıb.

Oxşar yazılar

Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04