BTC ilə nəql olunan neftin həcmi 150 milyon tonu keçdi
07 aprel 2011 14:52 (UTC +04:00)

BTC ilə nəql olunan neftin həcmi 150 milyon tonu keçdi

Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-mart aylarında bu kəmərlə 8,6 milyon ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2011-ci il aprel ayının 1-ə qədər BTC-yə 152,1 milyon ton neft vurulub. Bundan başqa, cari ilin mart ayında BTC kəməri ilə 208 min 123 ton Türkmənistan nefti nəql olunub.
# 545

Oxşar yazılar