DəmirBank - GUAM ölkələrinin Ən Yaxşı Bankı - FOTO
11 aprel 2011 16:16 (UTC +04:00)

DəmirBank - GUAM ölkələrinin Ən Yaxşı Bankı - FOTO

Müsabiqə GUAM Təşkilatının (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova), Ukraynanın “KBS-İzdat” agentliyinin və “Bankir” jurnalının təşkilatçılığı ilə həyata keçirilib. Mükafat Ukraynanın paytaxtı Kiyev şəhərində Ukrayna hökuməti və Milli Bankının, həmçinin Kiyevdə müvafiq ölkələrin səfirliklərinin təmsilçilərinin iştirakı ilə keçirilən mərasimdə təqdim edilib.

“DəmirBank-ın 2010-cu ildə PR fəaliyyətinin bir çox nailiyyətləri qeyd edilə bilər. Bankın internet saytı “Azərbaycanın ən yaxşı korporativ saytı” nominasiyasında NETTY 2010 mükafatına layiq görülmüşdür. Standard & Poor’s beynəlxalq reytinq agentliyinin hesabatına əsasən DəmirBank ölkədə məlumatların açıqlanması və şəffaflıq üzrə aparıcı banklardandır. DəmirBank ölkənin bank sektorunda hazırda ən çox pres-reliz yayan bankdır. DəmirBank müxtəlif PR aksiyalar və tədbirlər həyata keçirir ki, bu da ictimaiyyətlə əlaqələrə və Bankın fəaliyyətinin şəffaflığına verilən önəmi göstərir. GUAM ölkələri məkanında “PR sahəsində ən fəal bank” nominasiyası isə DəmirBank-ın ictimaiyyətlə əlaqələr üzrə ən fəal mövqelərini təsdiqləyir” – deyə İdarə Heyəti Sədrinin Müavini Yusif Cabbarov bildirib.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
# 546

Oxşar yazılar