“Cəlilabad Şərab”ın səhmləri çatışa çıxarılıb
16 aprel 2011 15:06 (UTC +04:00)

“Cəlilabad Şərab”ın səhmləri çatışa çıxarılıb

Bu barədə Lent.az –a ƏMDK-dən məlumat verilib. Müsabiqə üzrə ASC-nin səhmlərinin 99,97 faizi satışa çıxarılıb. Bunun 85 faizi standart paketli səhm, 14,97 faizi isə əmək kollektivi üzvlərinə güzəştli satışdan qalan səhmdir. Müsabiqədə Azərbaycanın fiziki və hüquqi şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər. İştirakçılar yeni üzüm sahələrinin salınması, üzümün ilkin emalının müasir səviyyədə təşkili, bütün texnoloji sahə məhsullarının keyfiyyətinə nəzarəti beynəlxalq səviyyədə həyata keçirmək məqsədilə müasir laboratoriya avadanlığının tətbiqi, məhsul çeşidinin artırılması, iş yerlərinin bərpası və işçilərin sosial təminatına dair təkliflərdən ibarət investisiya proqramını təqdim etməlidirlər. İddiaçılar investisiya təklifinin 5 faizi dəyərində bank zəmanətini, dövlət büdcəsinə 500 min manatın ödənilməsi haqqında təklifləri təqdim etməlidirlər.

Mübariz Aslanov
# 595

Oxşar yazılar