“Moody’s” “Unibank”ın reytinqini “b2” səviyyəsində təsdiqlədi
“Moody’s”in analitikləri hesab edirlər ki, “Unibank”ın hazırki reytinqi Bankın kifayət dərəcədə likvidliyini və kapitallaşdırılmasını əks etdirir, habelə onun gəlirliliyinin hazırkı səviyyəsinə müvafiqdir. Belə ki, Bankın 1-ci dərəcəli kapitalı və məcmu kapitalının adekvatlıq əmsalları 2010-cu ilin sonu üçün, müvafiq olaraq 12,3% və 16,9% təşkil ediblər. Ehtiyatların yüksək səviyyəsi və cəlb olunan vəsaitlərin bahalaşması şəraitində, Agentliyin sonrakı reytinq qiymətləri uzunmüddətli gəlirlilik göstəricisinə əsasən qurulacaq. “Moody’s”ın fikrincə, “Unibank”ın gəlirliliyi kredit portfeli üzrə ehtiyatların yaradılması və kreditləşdirilmənin artım sürətindən asılıdır.
“Reytinqlərin cari səviyyədə saxlanılması risk-menecment sisteminin təkmilləşdirilməsi, aktivlərin və passivlərin ödəniş müddətlərinə görə balanslaşdırılmasını, habelə işimizin ümumi səmərəliliyinin artmasını təsdiq edir”, - deyə “Unibank” ASC İdarə Heyətinin sədri Faiq Hüseynov qeyd etdi. O, bildirdi ki, Bankın kredit portfelinin artması 2011-ci ilin yekunlarına görə yaxşı maliyyə göstəricilərinin əldə edilməsini təmin edəcək. F.Hüseynovun fikrincə, bu zaman Bankın kredit portfelinin keyfiyyəti də xarici analitikləri tərəfindən irəli sürülən proqnozlardan daha yüksək olacaq.
“Moody’s” Agentliyinin reytinq hesabatında qeyd olunur ki, gəlirliliyin sabit artımını və aktivlərin keyfiyyətinin yaxşılaşması təqdirdə, yaxın gələcəkdə “Unibank”ın reytinqi üzrə proqnoz “sabit”ə dəyişdirilə bilər. Xatırladaq ki, “Moody’s Investors Service” tərəfindən “Unibank”ın reytinqinin son icmalı 2008-ci iilin noyabr ayında keçirilmişdir.

Oxşar yazılar

Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22